Fikrət Feyziyev: "Sertifikatlı toxum əkən fermer yüksək məhsuldarlıq əldə etmək imkanına malikdir"
Sertifikatlı toxum əkən fermer yüksək məhsuldarlıq əldə etmək imkanına malikdir.
"Report"un İsmayıllıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və qeydiyyat şöbəsinin müdiri Fikrət Feyziyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, toxum sertifikatlaşması üzrə dövlət nəzarətini həyata keçirən Aqrar Xidmətlər Agentliyi bu istiqamətdə məqsədyönlü fəaliyyətlər həyata keçirilir: "Belə ki, toxum etiketləmə modulu hazırlanıb və bütün sertifikata belə daxil olan etiketlər, toxum partiyasına daxil olan etiketlər hamısı QR kodla təmin olunub. QR kod ticarət dövriyyəsinə buraxılan sertifikatlı toxumlar fermerlər tərəfindən yoxlanılır. Toxumun mənşəyi, eyni zamanda səpin keyfiyyətləri izlənilə bilir. Ümumiyyətlə isə sertifikatlı toxum xəstəliklərdən azad, genetik cəhətdən təmiz və keyfiyyəti təmin, dövlət tərəfindən təmin olunan toxumlardır. Sertifikatlı toxum əkən fermer yüksək məhsuldarlıq əldə etmək imkanına malikdir".
F.Feyziyev əlavə edib ki, eyni zamanda fermerlər təmiz sort və səpin keyfiyyəti təminat verilmiş toxumlardan istifadə etmək imkanına malikdir: "Bu da yekunda sahədə əkilmiş bitkidən yüksək məhsuldarlıq əldə etməyinə dövlət tərəfindən zəmanət verilməsi deməkdir. Sertifikatlı toxum istifadəsi təbliğ olunur. Məlum olduğu kimi, keçən ildən də 10 hektardan yuxarı buğda əkinlərində, 100 hektardan yuxarı isə artıq arpa əkinlərində sertifikatlı toxum tələbi qoyulub ki, ölkədə əkilmiş buğda və arpa toxumlarından yüksək məhsul əldə etmək imkanı olsun".
Oxşar xəbərlər
Naxçıvanda toxum sərgi-satış yarmarkası keçirilib
Cəlilabadda toxum sərgi-satış yarmarkası keçiriləcək
Azərbaycanda mövsümün ilk toxum sərgi-satış yarmarkası keçiriləcək
Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib
Azərbaycana gətirilən toxumlara dövlət nəzarəti sistemi yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
