Naxçıvanda toxum sərgi-satış yarmarkası keçirilib
Naxçıvan şəhərində ilk dəfə toxum sərgi-satış yarmarkası təşkil olunub.
"Report"un yerli bürosunun məlumatına görə, tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları, elmi-tədqiqat institutlarının, özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri və fermerlər iştirak edib.
Muxtar respublikanın kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Xəyalə Dadaşova, Naxçıvan şəhər icra hakimiyyəti başçısının müavini Əhməd Vəliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev ölkədə toxumçuluq sahəsinin mövcud vəziyyət və qarşıda duran hədəflər barədə məlumat veriblər.
Toxum sərgi-satış yarmarkasının keçirilməsinin bölgədə toxumçuluğun inkişafına, eyni zamanda, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Aqrar Xidmətlər Agentliyi arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyi bildirilib.
Yarmarkada Aqrar Xidmətlər Agentliyi tərəfindən göstərilən xidmətlər təqdim olunub, eləcə də özəl toxumçuluq təsərrüfatlarında istehsal olunan sertifikatlı toxumlar nümayiş etdirilib.
Fermerlərə agentliyin əməkdaşları tərəfindən təlimlər keçirilib.
Qeyd edək ki, sərgi-satış yarmarkasına ümumilikdə 200-ə yaxın fermer qatılıb. Yarmarka öz fəaliyyətini sabah Şərur rayonunda davam etdirəcək.
Oxşar xəbərlər
Naxçıvanda baramaçılığın inkişafına həsr olunan konfrans keçirilib
Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin edilib
Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Masallı və Neftçalada növbəti toxum sərgi-satış yarmarkaları keçirilib
Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












