Nazir müavini: "Şirvan–Salyan bölgəsində səmərəli suvarma və lazer hamarlama tətbiq ediləcək"
sizinxeber.az xəbər saytı

Nazir müavini: "Şirvan–Salyan bölgəsində səmərəli suvarma və lazer hamarlama tətbiq ediləcək"


Şirvan–Salyan iqtisadi rayonunda kənd təsərrüfatında səmərəli suvarma və lazer hamarlama təmin edilməsi hədəflənir.

"Sizinxeber.az"un Biləsuvara ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, Şirvan–Salyan iqtisadi rayonu ölkənin əsas pambıqçılıq bölgələrindən biridir: "Xüsusilə Biləsuvar, Neftçala və Salyan rayonlarında pambıqçılıq uzun illər formalaşmış istehsal ənənələrinə, əmək ehtiyatlarına, suvarma və emal imkanlarına malikdir.

Pambıqçılığın inkişafında əsas məqsəd əkin sahələrinin genişləndirilməsindən daha çox hər hektardan əldə olunan məhsuldarlığın və fermer gəlirlərinin artırılması olmalıdır. Bunun üçün pambıq əkini daha uyğun torpaqlarda yerləşdirilməli, növbəli əkin sistemi tətbiq olunmalı, torpağın aqrokimyəvi göstəriciləri nəzərə alınmalı və bütün aqrotexniki tədbirlər optimal müddətlərdə həyata keçirilməlidir".

"Pambıq sahələrində lazer hamarlamanın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Sahələrin düzgün hamarlanması suyun bərabər paylanmasına, su itkilərinin azalmasına, bitkilərin eyni səviyyədə inkişafına və maşınla yığımın daha səmərəli təşkilinə imkan verir.

Eyni zamanda pambıq istehsalından hazır məhsula qədər dəyər zəncirinin inkişaf etdirilməsi vacibdir. Regionda yalnız xam pambıq istehsalı ilə kifayətlənilməməli, mahlıc, pambıq yağı, yem məhsulları, iplik və digər məhsulların istehsalının genişləndirilməsi üçün özəl investisiyalar təşviq edilməlidir", - deyə nazir müavini əlavə edib.

Oxşar xəbərlər

Seymur Səfərli: "Məhsuldarlığın artırılması aqrar siyasətin əsas hədəfidir"
Nazir: "Müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə icazə verilməyəcək"
Xalid Əhədov: "Azərbaycanda aqrar sahədə inqilabi islahatlar həyata keçirilib"
Prezidentin köməkçisi: "52 aqropark kənd təsərrüfatının inkişafını sürətləndirib"
Xalid Əhədov: "Dövlət Proqramı yüksək əlavə dəyər əsaslı kənd təsərrüfatı hədəfləyir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər