Makron: Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib
sizinxeber.az xəbər saytı

Makron: Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib


"G7" sammitinin iştirakçıları ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyinə təsir göstərə biliblər, artıq bu mövqe dəyişib.

"Report"un məlumatına görə, bunu Fransa lideri Emmanuel Makron "France 2" telekanalına müsahibəsində bildirib.

"[Ukrayna Prezidenti Volodimir] Zelenski ilə Tramp arasında baş tutan müzakirənin keyfiyyəti, həmçinin onun seçilməsindən bəri ilk dəfə mövqelərin yaxınlaşması və Avropa ölkələri, Kanada, Yaponiya və ABŞ arasında əldə olunmuş konsensus son günlərin mühüm nailiyyətləridir", - Fransa lideri vurğulayıb.

Onun fikrincə, "Böyük Yeddilik" sammiti Vaşinqtonun mövqeyinin dəyişdiyi həmin hadisəyə çevrilib. Makron qeyd edib ki, Tramp artıq Ukraynanın münaqişədə uduzduğunu hesab etmir.

"Və mən gördüm ki, prezident Tramp və onun dövlət katibi [Marko] Rubio hansı məsələlərdə irəli getməyə hazır olduqlarını və [münaqişənin nizamlanması üzrə gələcək] müzakirənin şərtlərinin nədən ibarət olduğunu tamamilə aydın şəkildə ifadə etdilər", - Fransa Prezidenti əlavə edib.

Xatırladaq ki, "G7" sammiti 15-17 iyunda Evian-le-Bendə keçirilib. Sammitin yekunlarına görə, "Böyük Yeddilik" ölkələrinin liderləri Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirmək və Ukraynaya dəstəyi davam etdirmək barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Makron: Tramp Rusiya-ABŞ sammitində Ukraynada atəşkəs əldə etmək niyyətindədir
Makron: Zelenski ilə Putinin görüş yeri yaxın saatlarda müəyyənləşəcək
Makron Ukrayna rəhbərliyinə qarşı tənqidi tamamilə əsassız hesab edir
Politico: Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir
KİV: Yaxın günlərdə Tramp-Putin-Zelenski görüşü keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər