İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır
sizinxeber.az xəbər saytı

İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır


Azərbaycan Mərkəzi Bankı icbari sığorta qaydalarında dəyişikliklər hazırlayır.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda ölkədə bir sıra icbari sığorta növləri üzrə təkmilləşdirmə işləri aparılır.

Vüsal Qurbanov bildirib ki, dəyişikliklər ilk növbədə icbari fərdi qəza sığortasını əhatə edir.

"Biz həm beynəlxalq təcrübəni öyrənirik, həm də bu nüansları hazırlanan konsepsiya çərçivəsində nəzərə almışıq", - o qeyd edib.

AMB rəsmisinin sözlərinə görə, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə də qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Vüsal Qurbanov bildirib ki, hazırda bu sığorta növündə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə müəyyən edilmiş sığorta limiti avtomatik bərpa olunan mexanizm əsasında fəaliyyət göstərir.

"Bir hadisə nəticəsində sığorta ödənişi həyata keçirildikdən sonra limit sıfırlanmır və yenidən əvvəlki həddə bərpa olunur. Bu, digər sığorta məhsullarından fərqlənən xüsusiyyətdir", - o vurğulayıb.

Onun sözlərinə görə, digər sığorta məhsullarında isə ödəniş həyata keçirildikdən sonra ümumi sığorta limiti verilmiş kompensasiya məbləği qədər azalır.

Oxşar xəbərlər

Azərbaycanda icbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb
Azərbaycanda icbari fərdi qəza sığortasının əhatəliliyi artırılır
Ötən il Azərbaycanda könüllü sığorta 14%, icbari sığorta isə 2% artıb
Əliyar Məmmədyarov: KASKO sığortasına yeni yanaşmalar tətbiq olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər