Azərbaycana gətirilən toxumlara dövlət nəzarəti sistemi yaradılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycana gətirilən toxumlara dövlət nəzarəti sistemi yaradılacaq


Azərbaycanda toxumçuluğun (tingçiliyin) inkişafı üzrə hüquqi, institusional və dəstək tədbirlərinin hazırlanması və icra edilməsi nəzərdə tutulur.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Sənədə əsasən, 2026-2030-cu illərdə “Toxumçuluq haqqında” Qanunun və digər normativ sənədlər yenilənəcək, toxum istehsal edən elmi tədqiqat müəssisə və təşkilatlarının və Toxum Fondunun fəaliyyəti təkmilləşdiriləcək, idxal olunan toxumlara dövlət nəzarətinin və toxumçuluqla bağlı subsidiyalaşma alətlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Eyni zamanda toxum istehsal edən elmi tədqiqat müəssisə və təşkilatlarının, Toxum Fondunun fəaliyyətinin optimallaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması, özəl sektorun iştirakı ilə müqaviləli toxum istehsalının təşviqi, toxumçuluq sahəsində nəticəyönümlü subsidiyalaşma alətlərinin tətbiq edilməsi planlaşdırılır.

Paralel olaraq, ölkəyə idxal olunan toxumlara dövlət nəzarəti sisteminin yaradılması, toxum istehsalının artırılması, bu sahədə özünütəminatın yaxşılaşdırılması hədəflənir.

Oxşar xəbərlər

Ərzaq məhsullarının dövlət sifarişi ilə satınalma sistemi gücləndiriləcək
Cəlilabadda toxum sərgi-satış yarmarkası keçiriləcək
Naxçıvanda toxum sərgi-satış yarmarkası keçirilib
Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd...
COP29 könüllüləri paytaxtda “Yaşıl gələcək naminə toxum ək” şüarlı aksiya keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər