İcra başçısı: Dövlət proqramının icrası qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək
sizinxeber.az xəbər saytı

İcra başçısı: Dövlət proqramının icrası qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək


“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi aqrar sektora göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu proqramın icrası ölkənin həm dayanıqlı ərzaq təhlükəsizliyini təmin edəcək, həm də qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək”.

Sizinxeber.az-nın yerli müxbiri xəbər verir ki, bunu Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Sabirabada keçirilən regional müşavirədə çıxışında deyib.

İcra başçısı qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində pambıqçılığın tənəzzülə uğraması Sabirabad rayonunda da özünü büruzə verib: “Lakin ölkə Prezidentinin aqrar sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar və qarşıya qoyulmuş vəzifələr bu sahənin də inkişafına təkan verdi və onun tarixi şöhrətini özünə qaytarmağa başladı. Təsadüfi deyil ki, məhz pambıqçılığın inkişafına dair ilk respublika müşavirəsi möhtərəm cənab Prezident İlham Əliyevin sədrliyi ilə 17 sentyabr 2016-cı ildə Sabirabad rayonunda keçirilmiş və həmin müşavirədə qəbul edilmiş qərarlara əsasən bu sahənin inkişafı sürətlənib”.

Siraqəddin Cabbarov kənd təsərrüfatının inkişafında mühüm rol oynayan suvarma suyu ilə təminat məsələsinə toxunub, aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı təkliflərini səsləndirib.

Oxşar xəbərlər

Rafail Quliyev: Müasir suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafına güclü təkan verəcək
Nazir: Dövlət Proqramı üzrə tələb olunan investisiya həcmi 5,9 milyard manat qiymətləndirilir
İcra başçısı: Şəmkirdə aqrar sahədə ciddi irəliləyiş əldə olunub
Şahmar Mövsümov: Dövlət Proqramı qarşıdakı beş ildə aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəddir
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər