Ante Budimir Xorvatiya millisinin dünya çempionatlarında qol vuran ən yaşlı oyunçusu olub
sizinxeber.az xəbər saytı

Ante Budimir Xorvatiya millisinin dünya çempionatlarında qol vuran ən yaşlı oyunçusu olub


Ante Budimir Xorvatiya yığmasının tarixində dünya çempionatlarında qol vuran ən yaşlı futbolçu olub.

"Report" xaici mediaya istinadən xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın qrup mərhələsinin II turunda, Panama ilə oyunda reallaşdırıb.

Xorvatiyanın 1:0 hesabı ilə qalib gəldiyi matçda yeganə qolun müəllifi məhz A.Budimir olub. Forvard 34 yaş 336 günlüyündə fərqlənib.

Qeyd edək ki, əvvəlki rekord DÇ-2014-də, Kamerunla matçda (4:0) fərqlənən İvitsa Oliçə (34 yaş 277 gün) məxsus idi. Xorvatiya mundialda növbəti oyununu iyunun 27-də Qana yığmasına qarşı keçirəcək.

Oxşar xəbərlər

DÇ-2026: Xorvatiya minimal hesablı qələbə qazanıb
Modriç dünya çempionatının seçmə mərhələsində qol vuran ən yaşlı futbolçu olub
Xorvatiyaya məğlub olan Panamanın DÇ-2026 ilə vidalaşacağı dəqiqləşib - YENİLƏNİB-4
DÇ-2026: Xorvatiya Panama ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatlarında başla qol vuran ən bəstəboy futbolçu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər