Rusiyada bu şəhər su altında qaldı - Video
sizinxeber.az xəbər saytı

Rusiyada bu şəhər su altında qaldı - Video


Rusiyanın Orenburq şəhəri və ətraf ərazilər güclü yağıntılardan sonra subasmaya məruz qalıb.

Sizinxeber.Az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Yayılan videolarda onlarla maşının su altında qaldığı, insanların rezin qayıqlarla evlərinə getməyə çalışdığı əks olunur.

Məlumata görə, hazırda ən kritik vəziyyət Priqorodnı qəsəbəsi və Krona yaşayış kompleksinin ətrafında hökm sürür.

Sakinlərin sözlərinə görə, Priqorodnıda hətta 2024-cü il daşqınları zamanı belə, suyun səviyyəsi daha aşağı olub.

Oxşar xəbərlər

Kürdə suyun səviyyəsi artıb, İmişlinin üç kəndində pay torpaqları su altında qalıb
Hacıqabulda bəzi ərazilər subasmaya məruz qalıb, 2 nəfər təxliyə edilib
Dağıstanda güclü yağışdan sonra 500-dən çox ev su altında qalıb
Sabirabadda geniş ərazilər su altında qaldı
FHN: Subasmaya məruz qalmış tuneldən cəsəd çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər