Azərbaycanın “orta güc” kimi mövqeyinə həsr olunmuş konfrans keçirilib - FOTO
“Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfrans keçirilib.
APA xəbər verir ki, konfrans Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, “orta güc” kimi mövqeyinin və bu statusu şərtləndirən əsas amillərin müzakirəsinə həsr olunub.
Tədbirdə dövlət qurumlarının, beyin mərkəzlərinin, ali təhsil müəssisələrinin və digər akademik qurumların nümayəndələri, Milli Məclisin deputatları, ekspertlər, gənc tədqiqatçılar və media təmsilçiləri iştirak ediblər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, konfransın əsas məqsədi Azərbaycanın beynəlxalq sistemdə artan rolunu müzakirə etmək, bu istiqamətdə aparılan araşdırmaların nəticələrini təqdim etmək və yeni təkliflər ətrafında fikir mübadiləsi aparmaqdır.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov qeyd edib ki, beynəlxalq münasibətlərdə təkcə böyük dövlətlər deyil, regional və qlobal proseslərə ciddi təsir göstərə bilən ölkələr də mühüm rol oynayır.
Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə vurğulayıb ki, Azərbaycan son illərdə regionda vasitəçi rolunu gücləndirib, müxtəlif beynəlxalq danışıqlara ev sahibliyi edib, sülhməramlı missiyalarda və humanitar layihələrdə fəal iştirak edib. Onun sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri sahəsində də mühüm rol oynayaraq Avropa ilə Asiya arasında etibarlı körpü funksiyasını yerinə yetirir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, hətta güclü dövlətlər də hər zaman istədikləri nəticələrə nail ola bilmirlər. Onun sözlərinə görə, “orta güc” anlayışını müəyyən edən meyarlar zamanla dəyişir və bu statusun qiymətləndirilməsi zamanı tarixi dövrün xüsusiyyətləri də nəzərə alınmalıdır.
Konfrans müzakirələr və sual-cavab sessiyası ilə davam edib.
Oxşar xəbərlər
Bakıda islamofobiyaya qarşı beynəlxalq konfrans başa çatıb, yekun kommunike qəbul edilib
BMTM-də Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib
Elmi-sosioloji tədqiqat layihəsinin nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
BMTM-də Cənubi Qafqazda yeni geosiyasi reallıqlar mövzusunda tədbir keçirilib - FOTO
Bakıda islamofobiya ilə bağlı beynəlxalq elmi konfrans işinə başlayıb, Prezidentin müraciəti oxunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
