Azərbaycanda ötən il 33 rayonda Aqrar Biznes Festivalı keçirilib
2024-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 12 iqtisadi - 33 inzibati rayonda Aqrar Biznes Festivalı keçirilib.
"Report" nazirliyə istinadən festivallara dövlət və özəl sektoru təmsil edən 176 qurum, müəssisə və şirkət, o cümlədən 120 xarici şirkət qatılıb.
Festivalları ümumilikdə 17 171 fermer və sahibkar ziyarət edib, ziyarətçilərin 15 281 nəfəri kişi, 1 890 nəfəri qadın olub.
Aqrar Biznes Festivalları çərçivəsində 16 toxum sərgi-satış yarmarkası, 30 kredit yarmarkası təşkil olunub. Masallı rayonunda təşkil olunan toxum sərgi-satış yarmarkası çərçivəsində Respublika Toxumçularının II Forumu keçirilib. Kredit yarmarkalarında Aqrar Kredit və İnkişaf Agentliyi və Aqrar Sığorta Fondu ilə yanaşı, 12 bank və 2 bank olmayan kredit təşkilatı iştirak edib.
Aqrar Biznes Festivalları çərçivəsində 20 rayondan olan 689 fermerə 25 mövzu üzrə 32 təlim keçirilib.
Oxşar xəbərlər
Naxçıvanda toxum sərgi-satış yarmarkası keçirilib
Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Masallı və Neftçalada növbəti toxum sərgi-satış yarmarkaları keçirilib
Siyəzəndə Aqrar Biznes Festivalı keçirilib
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













