Azərbaycan XİN: Koreya vətəndaşları üçün vizasız rejimin tətbiqi yaxın zamanlarda elan ediləcək
sizinxeber.az xəbər saytı

Azərbaycan XİN: Koreya vətəndaşları üçün vizasız rejimin tətbiqi yaxın zamanlarda elan ediləcək


Azərbaycanın Koreya vətəndaşları üçün vizasız rejiminin tətbiq edilməsi yaxın zamanlarda elan ediləcək.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, iyunun 17-də xarici işlər naziri Ceyhun Bayramov Koreyanın xarici işlər nazirinin müavini Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətinə görüş zamanı bu yaxınlarda Koreya Respublikasının bütün növ pasport sahibləri üçün vizadan azadolma rejiminin tətbiq edilməsi qərarı barədə məlumat verib.

Tərəflər belə bir addımın turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə, habelə xalqlar arasında təmasların artmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Azərbaycan və Cənubi Koreya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Qasım Mohuiddin: Pakistanla Azərbaycan arasında viza rejiminin ləğvi planlaşdırılmır
Ceyhun Bayramov: Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir- ƏLAVƏ OLUNUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər