Ceyhun Bayramov Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının xarici işlər nazirinin müavini Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı, Azərbaycan-Koreya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal inkişaf, təhsil, nəqliyyat, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
C. Bayramov ölkələr arasında münasibətlərin inkişaf dinamikasını məmnunluqla qeyd edib. O, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, eləcə də ölkəmizin Avropa ilə Asiyanı birləşdirən əsas regional nəqliyyat və logistika marşrutlarında oynadığı rolun beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. Bu çərçivədə Orta Dəhlizin əhəmiyyəti, tranzit və bağlantı imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Tərəflər çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər. C. Bayramov bu il Azərbaycanın sədrliyi çərçivəsində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Sammitinin dialoq və etimadın möhkəmləndirilməsinə yönəlmiş birgə səylərə töhfə verdiyini qeyd edib.
Tərəflər rəqəmsal transformasiya, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, bu istiqamətlərdə təcrübə mübadiləsinin və birgə layihələrin əhəmiyyətini qeyd ediblər. Təhsil sahəsində əməkdaşlığın, akademik mübadilə proqramlarının və insan kapitalının inkişafına yönəlmiş təşəbbüslərin perspektivləri nəzərdən keçirilib. Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələr arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğu bildirilib.
Görüş zamanı enerji sahəsində əməkdaşlıq məsələləri, xüsusilə enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinin inkişafı və yaşıl keçid istiqamətində həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.
C. Bayramov Azərbaycanda bu yaxınlarda Koreya Respublikasının bütün növ pasport sahibləri üçün vizadan azadolma rejiminin tətbiq edilməsi qərarı barədə məlumat verib. Tərəflər belə bir addımın turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə, habelə xalqlar arasında təmasların artmasına mühüm töhfə verəcəyini vurğulayıb.
C. Bayramov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər, habelə regionda davamlı sülh və sabitliyin təmin olunması üzrə mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Bununla yanaşı, tərəflər Vaşinqtonda keçirilmiş tarixi sammitin regional əməkdaşlığın təşviqi baxımından əhəmiyyətini qeyd edib, sammit çərçivəsində əldə olunmuş nəticələrin yeni imkanlar yaratdığını vurğulayıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Ceyhun Bayramov Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
Azərbaycan–Slovakiya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Bayramov AB rəsmisi ilə yeni ikitərəfli sazişi müzakirə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
