Dövlət büdcəsi ilə bağlı qanun layihəsi I oxunuşda qəbul olundu
sizinxeber.az xəbər saytı

Dövlət büdcəsi ilə bağlı qanun layihəsi I oxunuşda qəbul olundu


Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilmiş iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub.

Axar.az xəbər verir ki, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,4%, proqnozdan isə 2,2% çoxdur. Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4% çox, proqnozdan isə 6,8% azdır.

İl ərzində büdcənin profisiti 580 milyon manat və yaxud ÜDM-in 0,45%-ni təşkil edib. Profisitin yaranmasına səbəb büdcəyə daxilolmalar üzrə proqnozun artıqlaması ilə təmin edilməsi, eləcə də büdcə təşkilatlarının öz xərclərini proqnozdan 2 milyard 803 milyon manat az icra etməsi ilə bağlı olub.

Oxşar xəbərlər

Dövlət büdcəsinin icrasına dair qanun layihəsi I oxunuşda qəbul olunub
Milli Məclis büdcənin icrasını təsdiqləyib
Azərbaycan parlamenti büdcənin icrasını I oxunuşda qəbul edib
Azərbaycanın 5 aylıq büdcə göstəriciləri açıqlanıb
Azərbaycanın 4 aylıq büdcə göstəriciləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər