ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək
İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində imzalanmış sənəd Türk İnvestisiya Fonduna Azərbaycan da daxil olmaqla beş ortaq üzv dövlətdə özəl sektorun dəstəklənməsinə 50 milyon ABŞ dollarınadək vəsait yönəltməyə imkan verən İslam maliyyələşdirmə kanalına çıxış açır.
Bu barədə "Sizinxeber.az"a Türk İnvestisiya Fondundan bildirilib.
İmzalanmış saziş yeni İdarə olunan İslam Birgə Maliyyələşdirmə Proqramını (MICFP) - Türk İnvestisiya Fondunun Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə birgə maliyyələşdirmə həyata keçirəcəyi ixtisaslaşmış platformanı işə salır.
"MICFP Türk İnvestisiya Fondunun İslam maliyyəsi sahəsindəki ilk strukturlaşdırılmış layihəsidir. Proqram sayəsində Fond ICD-nin bu sahədəki ekspert potensialına, onun tərəfdaş maliyyə qurumları şəbəkəsinə və regionda toplanmış əməliyyat təcrübəsinə çıxış əldə edir. Vəsaitlər hər iki strukturun beş ortaq iştirakçı dövlətində - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanda kiçik və orta bizneslərin (KOB) sonrakı kreditləşməsi üçün yerli tərəfdaş maliyyə institutları vasitəsilə bölüşdürüləcək", - fonddan vurğulanıb.
Əldə olunmuş razılaşmalara əsasən, ICD hər bir kredit mexanizminin axtarışı, strukturlaşdırılması və idarə edilməsi funksiyalarını öz üzərinə götürəcək. Korporasiya həmçinin hər iki institutun maraqlarının uzlaşmasına zəmanət verən Türk İnvestisiya Fondu ilə birlikdə hər bir layihəyə öz kapitalını investisiya edəcək. İmzalanmış çərçivə sazişi Türk İnvestisiya Fonduna bir sıra əsas strateji üstünlüklər təqdim edir: tərəfdaş maliyyə təşkilatları vasitəsilə mikro, kiçik və orta bizneslərin əhatə dairəsinin genişləndirilməsi; iştirakçı dövlətlərdə İslam maliyyələşdirməsinin inkişafına kömək; eləcə də Türk regionu məkanında maliyyə əlaqələrinin gücləndirilməsi.
Oxşar xəbərlər
IsDB, ICD və IsDBI Azərbaycanın İslam maliyyə infrastrukturunun gücləndirilməsinə kömək etməyə hazırdır
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan biznesinə IsDB Qrupunun alətlərindən daha fəal istifadə təklif olunub
Türk İnvestisiya Fondu ilk layihələri maliyyələşdirməyə hazırlaşır
Xalid Xalafalla: "Azərbaycan Mərkəzi Asiyada İslam maliyyəsi üzrə hərəkətverici qüvvəsinə çevrilmək potensialına malikdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
