Mikayıl Cabbarov: İslahatlar investisiya mühitini gücləndirib və qeyri-neft ixracını stimullaşdırıb
sizinxeber.az xəbər saytı

Mikayıl Cabbarov: İslahatlar investisiya mühitini gücləndirib və qeyri-neft ixracını stimullaşdırıb


Son illərdə həyata keçirilən ardıcıl islahatlar investisiya mühafizəsini gücləndirib, prosedurları sadələşdirib, dövlət dəstəyinə çıxışı genişləndirib və dövlət-özəl tərəfdaşlıqlarını təşviq edib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Azərbaycan İnvestisiya Perspektivləri Forumu"nda bildirib.

Onun sözlərinə görə, xüsusilə güclü KOB (kiçik və orta biznes) sektoruna, maliyyəyə çıxışa, ixracyönümlü inkişafa və sənaye infrastrukturuna diqqət yetirilib:

"Hazırkı tədbirlər qeyri-neft ixracını logistika və nəqliyyat xərclərinin dəstəklənməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması və yeni ixrac bazarlarına çıxışın asanlaşdırılması yolu ilə dəstəkləyir. Bunlar daha səmərəli kredit zəmanəti və faiz subsidiyası mexanizmləri ilə tamamlanır və nəticədə istehsal, logistika, kənd təsərrüfatı, xidmətlər, bərpa olunan enerji və rəqəmsal texnologiyalar investorlar üçün daha cəlbedici olur".

"Biz inanırıq ki, investorlar bu gün təkcə imkanlar deyil, həm də layihələrin sürətli və effektiv şəkildə həyata keçirilə biləcəyi platformalara ehtiyac duyurlar. Bu baxımdan Azərbaycan öz təbii coğrafi üstünlüyündən, inkişaf etmiş əlaqəlilik imkanlarından və qonşuları ilə açıq ticarət münasibətlərindən maksimum istifadə etməyə çalışır" - deyə nazir qeyd edib.

Oxşar xəbərlər

Mikayıl Cabbarov: Azərbaycanın investisiya perspektivləri üç strateji üstünlük üzərində formalaşır
Nazir: Qarabağ və Şərqi Zəngəzurun inkişafı Azərbaycanın əsas prioritetlərindəndir
Mikayıl Cabbarov: Qanunsuz tikililərin amnistiyası yeni risklər yarada bilər
Mikayıl Cabbarov: "2011-2023-cü illərdə orta illik iqtisadi artım 1,5 % olub"
Mikayıl Cabbarov: Azərbaycan qazının Suriyaya ixracı bu ölkənin bərpasına töhfə verəcək - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər