Qasım Mohuiddin: Pakistanla Azərbaycan arasında viza rejiminin ləğvi planlaşdırılmır
Pakistanla Azərbaycan arasında viza rejiminin ləğv edilməsi planlaşdırılmır.
Bunu "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuiddin bildirib.
Diplomat qeyd edib ki, sadə pasportlar üçün Azərbaycan da, Pakistan da e-viza sistemi tətbiq edib:
"Nəticə etibarilə hər iki ölkənin vətəndaşları üçün viza cəmi bir neçə saat ərzində verilir. Viza məsələsi ilə bağlı heç bir problem yoxdur. Ona görə də vizasız gediş-gəliş sisteminin tətbiq edilməsi planlaşdırılmır. Yəni viza rejimi çox yumşaqdır. Bəli, biz hər iki ölkənin vətəndaşları üçün vizasız rejimin tətbiqini istəyərdik. Amma hazırda bu barədə xüsusi müzakirələr aparılmır".
Səfir onu da əlavə edib ki, keçən il Pakistandan Azərbaycana 80 mindən çox turist gəlib.
Oxşar xəbərlər
Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv edib
Zaxarova: Aİ-nin Ermənistan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi Brüsselin təzyiq vasitəsidir
Bu gündən Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur
Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi avqustun 28-dən qüvvəyə minəcək
Putin Gürcüstan vətəndaşları üçün viza rejimini yumşaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













