Azərbaycan 5 ayda 10 milyard kubmetrdən çox təbii qaz ixrac edib
Bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyard 381 milyon 054,98 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 3 milyard 343 milyon 175,54 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin 5 ayı ilə müqayisədə 1,07 % çox, dəyəri isə 12,8 % azdır.
Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 23,93 % olub.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.
Oxşar xəbərlər
Azərbaycan 11 ayda 23 milyard kubmetrdən çox təbii qaz ixrac edib
Azərbaycan 10 ayda 21 milyard kubmetrdən çox təbii qaz ixrac edib
Azərbaycan təbii qaz ixracını 20 %-ə yaxın artırıb
Azərbaycan təbii qaz ixracını 5 %-ə yaxın artırıb
Bu il Azərbaycan təbii qaz ixracını 3 %-dən çox artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Zaqatalada maşın aşıb, ölən var
