Biz döyüş meydanında qələbə qazanmışıq - Arakçı
sizinxeber.az xəbər saytı

Biz döyüş meydanında qələbə qazanmışıq - Arakçı


ABŞ İran ordusunun və xalqının qətiyyətli müqaviməti ilə üzləşib.

Sizinxeber.Az Teleqraf-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı İran televiziyasına açıqlamasında deyib.

“Müharibəni başa çatdırmaq üçün ən yaxşı vaxt üstünlüyə malik olduğumuz vaxtdır. Biz həqiqətən də döyüş meydanında qələbə qazanmışıq”, - nazir deyib.

İran XİN rəhbəri vurğulayıb ki, diplomatiya hərbi uğurlarla sıx bağlıdır:

“Bu səbəbdən Tehran ABŞ ilə mümkün sülh razılaşmasının daha əlverişli şərtlərlə əldə olunacağına ümid edir”.

Qeyd edək ki, daha öncə İran XİN başçısı Abbas Arakçı ABŞ-la anlaşma memorandumunun "heç vaxt olmadığı qədər yekunlaşmağa yaxın" olduğunu bildirmişdi.

Oxşar xəbərlər

İran ABŞ-dan atəşkəs istəyib? - Açıqlama
Həmkarıma dedim ki, İran hansı hallarda... - Arakçı
Arakçıdan Trampa: Bu, yalnız İran xalqının məsələsidir!
Trampı aldadıb, bu müharibəni başladanlar... - Arakçı
İran öz gücünü sübut edib - Arakçı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər