Ukrayna yanvarda “Mirage” qırıcılarının ilk partiyasını alacaq
sizinxeber.az xəbər saytı

Ukrayna yanvarda “Mirage” qırıcılarının ilk partiyasını alacaq


Ukrayna yanvarda Fransadan ilk dəfə, 3 ədəd olmaqla “Mirage 2000-5F” qırıcısı alacaq.

“Report” “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Avions Legendaires” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Ukraynanın alacağı təyyarələr Fransa Aerokosmik Qüvvələrinin arsenalından çıxarılıb və daha mürəkkəb tapşırıqları yerinə yetirmək üçün modifikasiya edilib.

Ümumilikdə Ukrayna 10-a yaxın “Mirage” qırıcısı ala bilər.

“Avions Legendaires”in məlumatına görə, ilk üç təyyarə yanvarın 20-dək Ukraynaya çatdırılacaq.

Eyni zamanda, nəşrin bəzi mənbələri “Mirage”ların artıq Ukraynada olduğunu, lakin hələlik pilotların hazırlanması üçün istifadə edildiyini vurğulayıb.

Xatırladaq ki, 2024-cü il iyunun əvvəlində Fransa Prezidenti Emmanuel Makron “Mirage 2000” qırıcılarını Ukraynaya vermək niyyətində olduğunu açıqlayıb. KİV Ukraynanın Fransa təyyarələrinin modernləşdirilmiş versiyasını ala biləcəyini yazıb.

Oxşar xəbərlər

Ukrayna ilk “Mirage-2000” təyyarələrini 2025-ci ilin əvvəlində alacaq
Fransa Ukraynaya “Mirage 2000” qırıcılarını tədarük edəcək
Fransa Ukraynaya 6 ədəd “Mirage 2000-5” verəcək
Fransa Ukraynaya altı “Mirage 2000-5” qırıcısı vermək niyyətindədir
Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər