Bakıda 11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir - FOTO
sizinxeber.az xəbər saytı

Bakıda 11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir - FOTO


Bu gün Bakıda sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) öz işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilən forum 24-25 iyun tarixlərini əhatə edir.

Forumda Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri daxil olmaqla 20-dən çox ölkədən sığorta, təkrarsığorta və broker şirkətlərinin rəhbərləri, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığorta bazarının iştirakçıları və aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

İki gün davam edəcək və ümumilikdə 400-ə yaxın iştirakçını bir araya gətirən forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta mexanizmləri, türk dövlətlərinin sığorta bazarlarının birgə inkişaf imkanları, həyat və sağlamlıq sığortası, sığorta brokerliyində qlobal trendlər, eləcə də sığorta sahəsində peşəkar təhsil mövzularında panel müzakirələri keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Sığorta Forumu” artıq 11-ci dəfədir təşkil olunur və Qafqaz regionunun aparıcı beynəlxalq sığorta əməkdaşlığı platformalarından biri hesab edilir.

Oxşar xəbərlər

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO
Mərkəzi Bank “Xalq Sığorta” və iki sığorta brokerinə məcburi göstəriş verib
PAŞA Sığorta “COP-29 İnsan Resursları” Forumunda mükafatlara layiq görülüb - FOTO
Daha bir sığorta şirkəti İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər