Binəqədinin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
sizinxeber.az xəbər saytı

Binəqədinin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq


Bu gün Bakının Binəqədi rayonunun bəzi küçə və yaşayış massivlərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Vulkan, Baksol, 1 May yaşayış massivlərinin, Biləcəri kəndinin, DSK yolunun, Binəqədi şosesinin, 3-cü Mədən ərazisinin bir hissəsinin, A. Zeynallı, M. S. Ordubadi, M. Füzuli və Y. İmanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Oxşar xəbərlər

Binəqədi rayonunun bəzi ərazilərində qaz kəsiləcək
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
Bakının Biləcəri və Kürdəxanı qəsəbələrində qaz olmayacaq
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər