AFP: Pakistanda baş verən iki partlayış nəticəsində 7 nəfər ölüb
sizinxeber.az xəbər saytı

AFP: Pakistanda baş verən iki partlayış nəticəsində 7 nəfər ölüb


Pakistanın şimal-qərbində baş verən iki partlayış nəticəsində yeddi nəfər həlak olub.

Bu barədə AFP agentliyi polisə istinadən məlumat yayıb.

Bannu dairəsinin polis rəisi Yasir Afridi bildirib ki, ilk partlayış sərnişin daşıyan pikapın uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu ilə hədəfə alınması nəticəsində baş verib.

“İlk partlayış sərnişinləri daşıyan pikapın uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu ilə vurulması zamanı baş verib. İkinci partlayış yaralıları xəstəxanaya aparan avtomobilin yanında qeydə alınıb”, – Yasir Afridi bildirib.

Polisin məlumatına görə, hər iki partlayış nəticəsində ümumilikdə 7 nəfər ölüb.

Oxşar xəbərlər

Pakistanda partlayış baş verib, yeddi nəfər ölüb
Pakistanda əldəqayırma qurğu partlayıb, beş polis yaralanıb
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
Braziliyada zavodda partlayış nəticəsində 9 nəfər ölüb
Pakistanda partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər