Neft Emalı Zavodunda yanğın söndürülüb- YENİLƏNİB
18 iyun tarixində saat 08:30 radələrində Neft Emalı Zavodunun 31 saylı Katalitik Reforminq Qurğusunda yerləşən 211/1 saylı isti dəyişdiricinin üst qapaq hissəsində buraxılış nəticəsində yanğın hadisəsi baş verib.
Bu barədə APA-ya SOCAR Downstream MMC-dən məlumat verilib.
Hadisə dərhal nəzarətə götürülüb və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb.
Zavodun fəaliyyəti təhlükəsizlik tələblərinə uyğun şəkildə davam etdirilir və istehsalat prosesində hər hansı fasilə müşahidə olunmur.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
***
09.09
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Neft Emalı Zavodunda yanğın başlayıb
Kəmaləddin Heydərov Neft Emalı Zavodunda yanğın baş vermiş əraziyə gəlib
Bakıda Neft Emalı Zavodunda yanğın başlayıb - YENİLƏNİB
SOCAR: Neft Emalı Zavodundakı yanğın zamanı xəsarət alan yoxdur
Neft Emalı Zavodunda yanğın söndürülüb - VİDEO - FOTO - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Valeh Ələsgərov: "Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
