Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb
Qırğızıstan Prezidenti Sadır Japarov Avropa Parlamentinin deputatlarını ölkənin işlərinə qarışmamağa və orada baş verən hadisələri obyektiv qiymətləndirməyə çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, S.Japarov bunu Bişkekdə Qırğızıstanın bütün regionlarının nümayəndələrinin 3-cü qurultayında bildirib.
"Biz müstəqil dövlətik, ona görə də bizim proseslərə qarışmaq lazım deyil", - o bildirib.
Bir neçə gün əvvəl Avropa Parlamenti Qırğızıstan Sosial Demokrat Partiyasının (SDPK) lideri Temirlan Sultanbekovu dəstəkləyən qətnamə qəbul edib. O, iki partiya yoldaşı ilə birlikdə yerli seçkilərdən əvvəl seçiciləri ələ almaqda şübhəli bilinərək həbs edilmişdi. Bundan sonra partiya seçkilərdə iştirakdan kənarlaşdırılıb.
S.Japarov, həmçinin vurğulayıb ki, Qırğızıstan Avropa ölkələrinin təcrübəsini mənimsəməyə və onlarla tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırdır: "Biz belə əməkdaşlığa açığıq".
Prezident əlavə edib ki, Qırğızıstan hazırda inkişafın mühüm mərhələsindən keçir.
Oxşar xəbərlər
Sadır Japarov: Türk dövlətlərinin COP29-da fəal iştirakı dayanıqlı gələcəyə nail olmağa kömək edəcək
Sadır Japarov COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək
Sadır Japarov Qərbin Bişkekə diktə etməməli olduğunu bəyan edib
Sadır Japarov: COP29 ən yüksək səviyyədə təşkil olunub
Sadır Japarov: "Bişkek 2025-ci ildə TDT-nin rəqəmsal paytaxtı olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













