İcra başçısı: Şəmkirdə aqrar sahədə ciddi irəliləyiş əldə olunub
sizinxeber.az xəbər saytı

İcra başçısı: Şəmkirdə aqrar sahədə ciddi irəliləyiş əldə olunub


Son illərin statistik göstəriciləri Şəmkirdə iqtisadiyyatın bütün sahələrində, xüsusilə də aqrar sahədə ciddi irəliləyiş əldə olunduğunu təsdiq edir.

Sizinxeber.az xəbər verir ki, bunu "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu rayonu üzrə regional müşavirədə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev deyib.

Qeyd olunub ki, təkcə 2025-ci ilin göstəricilərinə əsasən rayonda 1,25 milyard manatlıq məhsul istehsal edilib, Şəmkir rayonu bu göstərici üzrə respublikada (Bakı və digər böyük şəhərlər daxil) 7-ci, Qazax-Tovuz iqtisadi rayonunda 1-ci yerdə qərarlaşıb: "İstehsal olunan ümumi məhsulun tərkibində kənd təsərrüfatının payı 70,6 faiz təşkil edib. Son 3 il ərzində kənd təsərrüfatı məhsullarının həcminə görə ölkədə lider olan Şəmkirdə ötən il 880,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ümumi respublika göstəricisinin 6,64 faizini təşkil edir. Ötən il rayonda 14 298 hektar taxıl sahəsinin hər hektarından 34,6 sentner olmaqla ümumilikdə 49 503 ton məhsul yığılıb. Təkrar əkinlər də daxil olmaqla 2 727 hektar əkilmiş sahədən ümumilikdə 19 032 ton qarğıdalı, 698 hektar sahədən 1 395 ton günəbaxan əldə olunub".

İcra başçısı vurğulayıb ki, Şəmkir üçün ənənəvi sahələrdən biri də kartofçuluqdur. 2025-ci ildə rayonda əkilmiş 6 640 hektar kartof sahəsinin hər hektarından 289 sentner olmaqla ümumilikdə 191 415 ton kartof yığılmışdır ki, bu göstərici üzrə Şəmkir respublikada ön sıradadır.

Oxşar xəbərlər

Sədr müavini: Aqrar sahədə Dövlət Proqramının icrası üçün Qazax-Tovuz iqtisadi rayonunda geniş imkanlar var
Kənd təsərrüfatında pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək
İlhamə Qədimova: Buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya kifayət deyil
ADSEA sədri: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər