Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb
sizinxeber.az xəbər saytı

Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb


İslamabad Anlaşma Memorandumunun imzalanmasının davamı olaraq, 21 iyun 2026-cı il tarixində İsveçrənin Bürgenştok şəhərində texniki səviyyəli danışıqlar keçiriləcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.

Məlumatda bildirilib ki, müzakirələrdə ABŞ və İran nümayəndələri, eləcə də Pakistan və Qətərdən olan vasitəçilər iştirak edəcəklər.

Qeyd olunub ki, Pakistan vasitəçi qismində prosesə dəstəyini davam etdirəcək. Məqsəd isə İslamabad Anlaşma Memorandumu çərçivəsində əldə olunmuş razılaşmaların irəlilədilməsi və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsidir.

Oxşar xəbərlər

Pakistan XİN: ABŞ və İran İsveçrədə texniki məsləhətləşmələr keçirəcək
Pakistan ordusunun komandanı Tehrana səfər edib - YENİLƏNİB
Azərbaycan-Pakistan “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib
Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər