Sadır Japarov: Türk dövlətlərinin COP29-da fəal iştirakı dayanıqlı gələcəyə nail olmağa kömək edəcək
sizinxeber.az xəbər saytı

Sadır Japarov: Türk dövlətlərinin COP29-da fəal iştirakı dayanıqlı gələcəyə nail olmağa kömək edəcək


Qırğızıstan 2050-ci ilədək karbon neytrallığına nail olmağa çalışır.

“Report” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşünün açılışında deyib.

"Biz tərəflərə dayanıqlı gələcəyə nail olmaq üçün birlikdə işləməyi təklif edirik. Biz Azərbaycandan Qırğızıstanın COP29-da dağlıq ərazilərin dayanıqlı inkişafı ilə bağlı təşəbbüsünü dəstəkləməsini xahiş edirik", - o bildirib.

Prezident, həmçinin türk dövlətlərini dayanıqlı gələcəyin qurulmasına töhfə vermək üçün COP29-da fəal iştirak etməyə çağırıb.

Oxşar xəbərlər

BƏƏ XİN: Bərpa olunan enerji mənbələrinin inkişafı daha dayanıqlı gələcəyə nail olmağa kömək edəcək
Qırğızıstan COP29-da dağlıq rayonların dayanıqlı inkişafı layihəsini təqdim edəcək
Türkiyə və Macarıstan liderləri Qırğızıstana səfər edəcəklər
Sadır Japarov Qərbin Bişkekə diktə etməməli olduğunu bəyan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər