Culfanın Ərəzin kəndində 60 evin içməli su təminatı yaxşılaşdırılır
sizinxeber.az xəbər saytı

Culfanın Ərəzin kəndində 60 evin içməli su təminatı yaxşılaşdırılır


Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Culfa rayonunun Ərəzin kəndində sakinlərin içməli su təminatının yaxşılaşdırılması məqsədilə yeni içməli su xəttinin çəkilişi həyata keçirilir.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, görülən işlər çərçivəsində 60 evin içməli su ilə təmin olunması üçün diametri 90 mm olan borularla ümumilikdə 464 metr uzunluğunda yeni su xətti çəkilib. Eyni zamanda xətt üzərində hər biri 18 çıxışlı olmaqla, 3 ədəd su paylayıcısı quraşdırılıb.

Tikinti-quraşdırma işləri zamanı 464 metr uzunluğunda qazıntı aparılıb, içməli su xətti qazılmış hissəyə yerləşdirilərək normativ tələblərə uyğun qaydada torpaqla doldurulub və bərkidilib.

Hazırda işlər davam etdirilir. Su paylayıcılarının şəbəkəyə birləşdirilməsi və digər yekun işlər başa çatdırıldıqdan sonra yeni içməli su xətti istifadəyə veriləcək.

Oxşar xəbərlər

Nehrəm qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
Naxçıvanda anbarlarda mövcud olan su ehtiyatlarının həcmi açıqlanıb
​​​​​​​Zəngilanın iki kəndində içməli su və kanalizasiya sistemi qurulacaq
Ağdamda əkin sahələrinin cəmi təxminən 38 %-i qismən suvarılıb
Lənkəranın iki kəndində su kəsiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər