"Avromed Company" MMC sağlam həyat tərzi və xeyriyyəçilik təşəbbüslərinə dəstəyini davam etdirir
Ölkənin aparıcı farmasept şirkətlərindən olan "Avromed Company" MMC, korporativ sosial məsuliyyət strategiyasına sadiq qalaraq, cəmiyyətdə sağlam həyat tərzinin təbliği və sosial rifahın yüksəldilməsinə yönəlmiş genişmiqyaslı layihələrə dəstəyini uğurla davam etdirir. Şirkət sözügedən missiyanın davamı olaraq, Qusar rayonunda keçirilən "Zirvəyə doğru qaçış" kütləvi atletika yarışının rəsmi tərəfdaşı qismində çıxış edib.
Gənclər və İdman Nazirliyi, Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Atletika Federasiyasının birgə təşəbbüsü ilə təşkil olunan yarış 800-dən çox iştirakçını bir araya gətirib. İştirakçılar üçün xüsusi olaraq müəyyən edilmiş 11 kilometrlik marşrut üzrə keçirilən gərgin və maraqlı mübarizədə həvəskar atletlər öz dözümlülük və hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Yarışın əsas tərəfdaşlarından olan "Avromed Company" MMC-nin tərəfindən müxtəlif yaş kateqoriyaları üzrə qaliblərə xüsusi hədiyyələr təqdim olunub.
"Avromed Company" MMC-nin tərəfdaşı olduğu "Zirvəyə doğru qaçış" layihəsi sadəcə idman yarışı deyil, həm də mühüm xeyriyyə xarakteri daşıyan sosial bir təşəbbüsdür. Yarışın təşkilindən və qeydiyyatdan əldə olunan bütün vəsait birbaşa sosial və humanitar məqsədlərə ianə edilib.
Cəmiyyətin sağlamlığına yönələn layihələri diqqətdə saxlayan "Avromed", sosial məsuliyyət strategiyasının bir hissəsi olaraq bu tipli təşəbbüslərə dəstəyini növbəti mərhələlərdə də davam etdirəcək.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən "Avromed Company" MMC Azərbaycanda əczaçılıq sektorunun inkişafına töhfə verən aparıcı distribüter şirkətlərdən biridir. Şirkət dünyanın 40-dan çox ölkəsindən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz olaraq sağlamlıq məhsulları ilə təmin edir. "Avromed" müasir logistika şəbəkəsi və keyfiyyətli məhsulları ilə bazarda etibarlı lider kimi tanınır.
Oxşar xəbərlər
“Avromed Company” 1 İyun münasibətilə Milli Hematologiya Mərkəzi və Talassemiya Bölməsində uşaqları ziyarət edib
“Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
Bakıda atletika üzrə ölkə birinciliyinə start verilib
AAF prezidenti: "Ultramarafonun Xankəndidə baş tutması mənim üçün xüsusi məqamdır"
"Azercell" “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının rəsmi tərəfdaşıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
