Aİ Moldovaya 523 milyon avro ayıra bilər
Moldova Avropa İttifaqının (Aİ) bu ölkə üçün İnkişaf Planında nəzərdə tutulmuş bütün islahatların yerinə yetirilməsi şərtilə bu ilin sonunadək əlavə olaraq 523 milyon avro dəstək ala biləcək.
"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-Moldova sammitinin yekunlarına dair Aİ Şurasının sədri Antonio Koşta və Moldova Prezidenti Maya Sandu ilə keçirilən birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Kişineu islahatların 93 %-ni artıq yerinə yetirib. "Bu, artıq ölkəniz üçün 504 milyon avro Avropa vəsaitinin blokdan çıxarılmasına imkan verib", - AK rəhbəri bildirib.
Onun sözlərinə görə, əlavə vəsaitlər yolların və körpülərin inşasına, tibbi infrastrukturun modernləşdirilməsinə, şirkətlərin maliyyələşdirməyə çıxışının genişləndirilməsinə və vətəndaşlar üçün yeni imkanların yaradılmasına yönəldilə bilər.
Fon der Lyayen həmçinin bildirib ki, Moldovaya artıq 200 milyon avro ayrılıb və bu, Moldovanı Avropa Sülh Fondu xətti ilə Ukraynadan sonra ikinci ən böyük ikitərəfli yardım alan ölkə edir.
Onun sözlərinə görə, Aİ 2026-cı ildə ölkənin təhlükəsizlik sahəsində ehtiyaclarına yönəlmiş 120 milyon avroluq yeni dəstək paketi hazırlayır. Bundan əlavə, ittifaq Moldovanın hibrid təhdidlərə qarşı dayanıqlığının artırılmasına 11 milyon və sərhəd infrastrukturunun inkişafına 17 milyon avro ayıracaq.
Avropa Komissiyasının rəhbəri bildirib ki, ötən həftə üzvlüklə bağlı ilk danışıqlar klasterinin açılması Moldovanın Aİ-yə üzvlük yolunda tarixi mərhələ və Rusiyanın təzyiqlərinə, hibrid hücumlarına baxmayaraq, ölkənin apardığı islahatların tanınması olub.
Oxşar xəbərlər
AK islahatlar üçün Moldovaya daha 50 milyon avro ayırıb
Avropa Komissiyası Moldovaya təxminən 190 milyon avro ayırıb
Moldova ABŞ ilə USAID proqramlarının saxlanılması barədə danışıqlar aparır
Aİ Ukraynaya 160 milyon avro ayıracaq
Polşa Rusiya və Belarusla sərhədini qorumaq üçün Aİ-dən 52 milyon avro alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
