WSJ: Misir və İordaniya rəsmiləri Əsədə Suriyanı tərk etməyi məsləhət görüblər
Misir və İordaniya rəsmiləri Suriya Prezidenti Bəşər Əsədi ölkəni tərk etməyə və sürgündə hökumət qurmağa çağırıblar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə cümə günü “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirir ki, “cümə günü Əsəd Suriyada qalırdı” və keçən həftə onun həyat yoldaşı və uşaqları “Rusiyaya gedib”. Qəzetin məlumatına görə, Əsəd Türkiyədən “üsyançıları dayandırmaq üçün müdaxilə etməsini” xahiş edib, həmçinin Misir, İordaniya, İraq və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) silah və kəşfiyyat dəstəyi istəsə də, rədd cavabı alıb.
Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Vaşinqtonun fikrincə, Ankara Suriyadakı vəziyyətin nizamlanması üçün öz təsirindən istifadə etməlidir.
Oxşar xəbərlər
Dövlət Departamenti: Türkiyə Suriyada vəziyyətin nizamlanması üçün öz təsirindən istifadə etməlidir
İordaniya, Qətər və Səudiyyə Ərəbistanı Qəzzaya sülhməramlılar göndərməkdən imtina edib
Blinken Misirə səfər edəcək
WJS: Yaxın Şərq ölkələri İsrailin İrana hücumunda iştirak etmək istəmirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
