Blinken Misirə səfər edəcək
ABŞ dövlət katibi Antoni Blinken Misirin xarici işlər naziri Bədr Abdel Atı ilə ABŞ-Misir Strateji Dialoqunun açılışına həmsədrlik etmək üçün sentyabrın 17-də Misirə səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.
Qeyd olunub ki, strateji dialoq ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və iqtisadi inkişafın dərinləşdirilməsinə, humanitar, o cümlədən mədəniyyət və təhsil sahələrində əlaqələrin qurulmasına yönəlib.
Miller bildirib ki, Blinken “HƏMAS”ın İsrailə hücumu zamanı radikalların girov götürdüyü şəxslərin azad edilməsi, fələstinlilərin yaşayış şəraitinin yüngülləşdirilməsi və regionda daha geniş təhlükəsizliyin təmin edilməsini əhatə edən Qəzza zolağında atəşkəsin əldə olunması səylərini müzakirə etmək üçün Misir rəsmiləri ilə də görüşəcək. Qeyd edək ki, səfər iki gün davam edəcək.
Oxşar xəbərlər
Blinken sentyabrın 9-10-da Böyük Britaniyaya səfər edəcək
Blinken Qəzza münaqişəsini müzakirə etmək üçün Səudiyyə Ərəbistanında səfərdədir
Blinken İsrailin müdafiə nazirini Qəzzada atəşkəsə nail olmağa çağırıb
Blinken Ukraynanın yeni xarici işlər naziri ilə danışıb
Blinken və Sallivan Zelenski ilə Ukraynanın bərpasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













