Özü və başqaları üçün təhlükə yaradan piyadanı polis saxlayıb - VİDEO
sizinxeber.az xəbər saytı

Özü və başqaları üçün təhlükə yaradan piyadanı polis saxlayıb - VİDEO


Özü və başqalarının həyatına real təhlükə yaradan piyadanı yol polisi saxlayıb.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.

Məlumatda qeyd edilib ki, yaxınlıqda yerüstü piyada keçidinin olmasına baxmayaraq onlar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə cəhd göstərən piyadanı yol polisi saxlayıb və onunla maarifləndirici söhbətlər aparıb: "Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur".

Oxşar xəbərlər

Yol polisi piyadalara çağırış etdi
Qaradağda yolda təhlükə yaradan sürücü saxlanılıb - VİDEO
Yol polisi piyadalara çağırış edib
DYP skuter, moped və velosiped sürücülərinə çağırış edib
Bakıda piyada və yeraltı keçidlərdən istifadə ilə bağlı tədbirlər keçirilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər