Dövlət Departamenti: Türkiyə Suriyada vəziyyətin nizamlanması üçün öz təsirindən istifadə etməlidir
sizinxeber.az xəbər saytı

Dövlət Departamenti: Türkiyə Suriyada vəziyyətin nizamlanması üçün öz təsirindən istifadə etməlidir


ABŞ administrasiyası hesab edir ki, Ankara Suriyada vəziyyətin nizamlanması üçün öz təsirindən istifadə etməlidir.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün müntəzəm brifinqdə bildirib.

“Dünən ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb... Region ölkələrinin nümayəndələri ilə bütün söhbətlərimizdə hər bir ölkəni malik olduğu bütün təsir imkanlarından istifadə etməyə və eskalasiyaya son qoymağa çağırırıq. Biz heç bir ölkənin Suriyadakı qeyri-sabit vəziyyətdən istifadə etməyə çalışmasını istəmirik. Biz bütün ölkələrin öz təsirindən, təsir vasitələrindən deeskalasiya, mülki əhalinin müdafiəsi və nəticədə siyasi prosesin irəliləməsi üçün istifadə etməsini istəyirik”, – diplomat deyib.

Miller əlavə edib ki, ABŞ-nin Suriya Prezidenti Bəşər Əsədə münasibətdə siyasəti dəyişməyib. Eyni zamanda o, Vaşinqtonun əvvəllər dəfələrlə bəyan edildiyi kimi, onun vəzifəsini tərk etməsini istəyib-istəmədiyini dəqiqləşdirməkdən imtina edib.

Oxşar xəbərlər

Dövlət Departamenti: HƏMAS xəstəxanaları komanda məntəqəsi kimi istifadə edir
Blinken və Hakan Fidan Cənubi Qafqazı müzakirə ediblər
Blinken Ukraynanın yeni xarici işlər naziri ilə danışıb
Dövlət Departamenti İsrailin “Hizbullah”a qarşı məhdud əməliyyatlarını dəstəkləyib
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər