Qabiliyyət imtahanlarının keçirilməsinə start verilib
sizinxeber.az xəbər saytı

Qabiliyyət imtahanlarının keçirilməsinə start verilib


İyunun 22-dən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb.

Bu barədə Sizinxeber.az-ya DİM-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə Təsviri sənət istiqamətinin 15 (dekorativ tətbiqi sənət ) , Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə Xoreoqrafiya sənəti istiqamətinin 53 və Tofiq Bəhramov adına Respublika stadionunda İdman istiqamətinin 62-ci komissiyaları üzrə (ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman, adaptiv bədən tərbiyəsi) qabiliyyət imtahanları keçirilir.

Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və Qabiliyyət imtahanına buraxılış vərəqəsi”n mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı və sağlamlıq haqqında tibbi arayış U086 (peşəyə yararlığı haqqında həkim rəyi hissəsində “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır) gətirməlidirlər.

Xoreoqrafiya sənəti ixtisası üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) rəqs paltarı və sağlamlıq haqqında tibbi arayış gətirməlidirlər. Musiqi faylını mobil telefona yazıb gətirən abituriyentlərin telefonları imtahan binasına buraxılmır. Abituriyentlər musiqi faylını fləşkart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent özü məsuliyyət daşıyır.

Abituriyentlər (subbakalavrlar) istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun proqramla tanış olmalıdırlar. Qəbul proqramları 2026-cı ildə istiqamətlər üzrə çap olunan “Abituriyent” jurnalının xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Qabiliyyət imtahanlarına start verilib
Xüsusi qabiliyyət imtahanları başlayır
Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyatın son günüdür
Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
Qabiliyyət imtahanlarına qeydiyyat başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər