Gəncədə şirkətdə əmək hüququnun pozulması ilə bağlı cinayət işi başlanıb
sizinxeber.az xəbər saytı

Gəncədə şirkətdə əmək hüququnun pozulması ilə bağlı cinayət işi başlanıb


Gəncə şəhəri ərazisində əmək hüquqlarının pozulması halları barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Gəncə şəhər prokurorluğundan Sizinxeber.az-ya verilən məlumata görə, araşdırma zamanı “Fazil-20” MMC-nin vəzifəli şəxsi tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Oxşar xəbərlər

Əmək hüquqlarının pozulması ilə bağlı cinayət işi başlanıb
Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimə edilib
Yevlaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib
Xocalıda əmək hüquqlarını pozan şirkət 20 min, vəzifəli şəxs 4 min manat cərimə edilib
Yevlaxda şirkət əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər