Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimə edilib
Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib.
Goranboy rayon prokurorluğundan Sizinxeber.az-ya verilən məlumata görə, “HAYAT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Goranboy rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Oxşar xəbərlər
Xocalıda əmək hüquqlarını pozan şirkət 20 min, vəzifəli şəxs 4 min manat cərimə edilib
Yevlaxda şirkət əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimə edilib
Astarada “Maricel” restoranı 20 min manat cərimə edilib
Əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib
“Cinema Plaza” əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












