Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər
sizinxeber.az xəbər saytı

Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər


Livan Prezidenti Cozef Aun İsrail və Livan rəsmiləri arasında Vaşinqtonda keçirilən birbaşa danışıqlar fonunda ölkəsinin əsas məqsədinin İsrail qüvvələrinin Livanın cənubundan çıxarılması olduğunu bildirib.

Sizinxeber.az xəbər verir ki, Livan dövlət başçısının bu bəyanatını Prezidentin ofisi “X” səhifəsində paylaşıb.

Yayılan açıqlamaya görə, Aun son günlərdə baş verən hadisələrin danışıqlar yolunun düzgün seçim olduğunu təsdiqlədiyini vurğulayıb: “Son günlərin inkişafı danışıqlar yolunu seçməyimizin düzgün olduğunu sübut etdi. Milli məqsədlərə nail olmaq və bütün hüquqları bərpa etmək üçün dünyada etibar edilən yeganə yol məhz budur”.

Livan lideri danışıqların ölkəsinin məqsədlərinə çatması baxımından həlledici olacağına ümid etdiyini bildirib: “Ümid edirik ki, bu danışıqlar Livanın hər qarış torpağı üzərində tam suverenliyinin bərpası və dövlət hakimiyyətinin bütün ərazidə təmin edilməsi istiqamətində həlledici nəticələr verəcək”.

Aun qeyd edib ki, Beyrut İsrailin Livanın cənubundakı mövcudluğunun sona çatdırılmasından geri addım atmayacaq: “Bu gün bəyan edirik ki, Livanın cənubunda İsrail işğalının başa çatmasından və bütün xarici təsir mexanizmlərinin aradan qaldırılmasından daha azına razı olmayacağıq. Bizim yeganə seçimimiz milli suverenliyimizdir və yeganə güvəndiyimiz qurum Livan dövlətidir”.

Oxşar xəbərlər

Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
Vaşinqtonda İsrail və Livan arasında görüş başlayıb
Tramp İsrail və Livan liderlərini Ağ Evə dəvət edib
Livan və İsrail arasında danışıqların beşinci raundu başlayıb
Livan və İsrail birbaşa danışıqlara başlamağa razılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər