Seçki qalmaqalı Cənubi Koreya Prezidentinin reytinqinə mənfi təsir edib
sizinxeber.az xəbər saytı

Seçki qalmaqalı Cənubi Koreya Prezidentinin reytinqinə mənfi təsir edib


Cənubi Koreyada Prezident Li Çje Myonun reytinqi 46,7 %-ə enib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Realmeter" analitiklərinin fikrincə, reytinqlərin düşməsinin əsas səbəbi iyunun 3-də keçirilən yerli seçkilərdə seçki bülletenlərinin çatışmazlığı ətrafında yaranmış son qalmaqaldır. Vəziyyət artıq seçki komissiyası rəhbərinin istefasına və cinayət işlərinin başlanmasına gətirib çıxarıb.

Sosioloqlar digər amillər kimi hakim Demokrat Partiyasında daxili fikir ayrılıqlarının dərinləşməsini, eləcə də aktivlər bazarında artan bərabərsizliyə görə vətəndaşların artan narazılığını göstərirlər.

Cənubi Koreya Prezidentinin administrasiyasından bildirilib ki, aradırmanın nəticələrini ciddi qəbul edirlər və xüsusən də iqtisadiyyat və həyat səviyyəsi məsələlərində vətəndaşların fikirlərinə daha diqqətlə dinləmək niyyətindədirlər.

Oxşar xəbərlər

KİV: Məhkəmə Cənubi Koreya Prezidentinin həbsini ləğv edib
Cənubi Koreya prezidentinin impiçment proseduru başlayacaq
Cənubi Koreya Prezidenti Yun Sok Yolun reytinqi minimuma enib
KİV: Cənubi Koreya Prezidentinin impiçmenti parlamentdə kvorum olmadığı üçün baş tutmayıb
Cənubi Koreya məhkəməsi Prezidentin həbsinə qərar verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər