Nazir müavini: İşğal zamanı 142 faydalı qazıntı yatağının istismar edilmiş həcmi müəyyənləşdirilib
İşğaldan azad olunmuş ərazilərdə ümumilikdə 142 mineral xammal yatağında monitorinq təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib.
APA xəbər ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, həmçinin yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi layihələri üzrə 170-dən artıq məntəqədə yoxlama-təftiş işləri yerinə yetirilib.
Vüqar Kərimov deyib ki, Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası çərçivəsində ərazi xəritələri Nazirlər Kabineti tərəfindən təsdiq olunub və hazırda Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsinin, həmçinin Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
Oxşar xəbərlər
Daşaltı yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi razılaşdırılma mərhələsindədir
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub
Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
