Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub
sizinxeber.az xəbər saytı

Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramının icrası çərçivəsində Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi aktiv məşğulluq proqramları barədə məlumat verib.

Həmin ərazilərə köçürülən sakinlərdən artıq 2800-dək şəxsin məşğulluğunun təmin edildiyi, o cümlədən 117 nəfər üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatlarının qurulduğu qeyd olunub.

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunmasında, həmçinin onlar üçün peşə hazırlığı kurslarının təşkilində işəgötürənlərlə fəal və davamlı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Eləcə də işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün tətbiq olunan güzəştlərdən bəhs olunub.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə məşğulluq tədbirlərinin təşkili istiqamətində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Oxşar xəbərlər

Talış kəndinə köçürülən sakinlərdən 40 nəfərin məşğulluğu təmin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıl şəhərinə köçürülən sakinlərdən 30-dək şəxsin məşğulluğu təmin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan ƏƏSMN-in bir qrup əməkdaşı işdən azad olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzulidə növbəti əmək yarmarkası təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər