Çin ABŞ-nin 46 təşkilatına qadağa, 10 şirkətinə sanksiya tətbiq edib
Çin ABŞ-nin 10 şirkətini milli ixrac nəzarəti qanununa və ikili təyinatlı malların ixrac nəzarəti qaydalarına uyğun olaraq ixrac nəzarətinə tabe olan şirkətlər siyahısına daxil edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
"Bu tədbir milli təhlükəsizliyi və maraqları qorumaq üçün görülüb", - məlumatda qeyd olunub.
Şirkətlər sırasına "Aveox", "Ball Aerospace & Technologies Corp.", "L3Harris Maritime Services" və digərləri daxildir.
Bundan əlavə, Çin sanksiya siyahısına daxil edilmiş ABŞ-nin 46 şirkətinin istehsal etdiyi məhsulların alınmasını qadağan edib.
Ölkənin Maliyyə Nazirliyinin məlumatında qeyd olunub ki, yeni tədbirlərə əsasən, dövlət satınalmalarında iştirak edən təşkilatlara "Lockheed Martin Corporation" və "Raytheon Missiles & Defense" şirkətləri daxil olmaqla adıçəkilən ABŞ şirkətlərinin məhsullarını almaq qadağan edilib.
Nazirlikdən bildirilib ki, bu tədbir Çində fəaliyyət göstərən ABŞ investisiyalı şirkətlərə şamil edilmir.
Oxşar xəbərlər
Çin Tayvanın səkkiz qurumunu ixrac nəzarəti siyahısına əlavə edib
Çin ABŞ-nin 28 şirkətinə qarşı məhdudiyyətlər tətbiq edib
Çin 15 ABŞ şirkətini ixrac nəzarəti siyahısına əlavə edib
Çin və Türkiyə şirkətləri Aİ-nin sanksiya siyahısına düşüb
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
