"Al Jazeera": Şahbaz Şərifin İsveçrə səfəri ləğv edilib
sizinxeber.az xəbər saytı

"Al Jazeera": Şahbaz Şərifin İsveçrə səfəri ləğv edilib


Pakistanın Baş naziri Şahbaz Şərifin İsveçrə səfəri ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə Pakistan telekanalları "Al Jazeera"ya istinadən məlumat yayıb.

"Şahbaz Şərifin İsveçrəyə planlaşdırılan səfəri səbəbi rəsmi olaraq açıqlanmadan ləğv edilib", - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ ilə İran arasında son nizamlanma prosesində əsas vasitəçi Pakistan olub və tərəflərin imzaladığı razılaşma İslamabad anlaşma memorandumu adlanır.

Xatırladaq ki, anlaşma memorandumu ABŞ Prezidenti Donald Tramp və onun iranlı həmkarı Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb. Daha sonra Ağ Ev rəhbəri Donald Tramp da məlumatı təsdiqləyib.

Oxşar xəbərlər

Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb
Şahbaz Şərif Çində rəsmi səfərdədir
Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb - FOTO
İran Pakistan-Hindistan danışıqlarında vasitəçilik etməyə hazırdır
Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər