Nəsir Sadıqov: "Süni intellekt və bulud texnologiyaları dövlət auditində yeni imkanlar yaradır"
Süni intellekt dövlət auditinin səmərəliliyini artırır.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədrinin müavini Nəsir Sadıqov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Palatanın təşkilatçılığı ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, rəqəmsal transformasiya artıq təkcə texnoloji yenilik prosesi deyil, həm də dövlət idarəçiliyi, ictimai xidmətlər və hesabatlılıq mexanizmlərinin formalaşmasına təsir göstərən strateji dəyişiklikdir: "Hazırda rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 %-ni təşkil edir, 2025-ci ildə isə dünyada texnologiyalara yönələn xərclər 5,2 trilyon ABŞ dollarına çatıb ki, bu da qlobal ÜDM-in təxminən 4,4 %-nə bərabərdir. Süni intellekt, böyük verilənlərin analitikası, bulud texnologiyaları və digər innovativ həllərin sürətli inkişafı dövlət qurumlarının daha çevik və nəticəyönümlü fəaliyyət göstərməsinə imkan yaradır. Bu dəyişikliklər Ali Audit Qurumlarının fəaliyyətinə də birbaşa təsir göstərib. Dövlət vəsaitlərinin səmərəli, qənaətli və məqsədyönlü istifadəsinə nəzarət edən qurumlar kimi Ali Audit Qurumlarının qarşısında yeni vəzifələr yaranıb".
N. Sadıqov bildirib ki, rəqəmsal transformasiya audit sahəsinə real vaxt rejimində məlumatların emalı, risklərin daha dəqiq müəyyənləşdirilməsi, böyük həcmli məlumat bazalarının təhlili və audit resurslarından daha səmərəli istifadə kimi üstünlüklər qazandırır: "Audit nəticələrinin ictimaiyyətə daha şəffaf və əlçatan formada təqdim olunmasına şərait yaradır ki, bu da dövlət idarəçiliyinə etimadın möhkəmlənməsinə xidmət edir. Rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik risklərinin artması, məlumatların keyfiyyəti və etibarlılığı ilə bağlı məsələlər, rəqəmsal bacarıqların inkişaf etdirilməsi, eləcə də süni intellektin tətbiqinin etik və hüquqi çərçivəsinin müəyyənləşdirilməsi kimi çağırışlar da mövcuddur".
Oxşar xəbərlər
Hesablama Palatası auditdə süni intellektin tətbiqinə hazırlaşır
Hesablama Palatası rəqəmsal dövlət auditinin inkişafı istiqamətində planlarını açıqlayıb
Saməddin Əsədov: Süni intellektin inkişafı medianın məsuliyyətini daha da artırır
Fariz Cəfərov: “Qlobal süni intellekt bazarı 2026-cı ilə qədər 500 milyard dollara çatacaq”
Saməddin Əsədov: "Azərbaycan üçün süni intellektin təməli güclü rəqəmsal ictimai infrastrukturdur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
-
TÜRKPA baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir
