Azərbaycan və Türkmənistan Şərq-Qərb xətti üzrə dəhlizlərin yaradılmasında sıx əməkdaşlıq edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkmənistan Şərq-Qərb xətti üzrə dəhlizlərin yaradılmasında sıx əməkdaşlıq edəcək


Azərbaycan və Türkmənistan öz ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılıq əldə edib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən deyib.

"İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu təsdiqlədik. Həmçinin Türkmənistanla Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək", - Sərdar Berdiməhəmmədov qeyd edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevlə iqtisadi-ticari əməkdaşlıq da ətraflı müzakirə olunub.

Energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini qeyd edən Türkmənistan Prezidenti ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğulayıb.

Oxşar xəbərlər

Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin fəallaşdırılması təklif olunub
Azərbaycanla Türkmənistan faydalı qazıntılar və enerji ehtiyatları ilə bağlı səylərini birləşdirmək niyyətindədir
Azərbaycan və Türkmənistan nəqliyyat-logistika sektorunda fəaliyyəti daha da əlaqələndirəcək
Sərdar Berdiməhəmmədov "Dostlug" tankerinə görə İlham Əliyevə təşəkkür edib
Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər