Muhammad Usman: "Ali audit qurumları texnoloji dəyişikliklərlə ayaqlaşmalıdır"
Rəqəmsal transformasiya dövründə ali audit institutları da texnoloji yeniliklərlə addımlamağa və audit prosedurlarını müasir standartlara uyğunlaşdırmağa borcludur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Pakistanın ali audit orqanının Audit departamentinin baş direktoru Muhammad Usman İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycan Hesablama Palatasının təşkilatçılığı ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" mövzusunda təşkil edilən paneldə bildirib.
Auditor qeyd edib ki, dövlət qurumları vətəndaşlara xidmət göstərilməsi prosesində rəqəmsal texnologiyalardan geniş şəkildə faydalanır və bu da böyük həcmdə verilənlərin yaranmasına səbəb olur.
"Məhz buna görə ali audit qurumlarının həm öz audit fəaliyyətlərini rəqəmsal platformalara keçirməsi, həm də rəqəmsal hökumət sistemlərinin auditini həyata keçirmək üçün yeni səriştələr əldə etməsi zəruridir. Pakistan kağız əsaslı auditdən tam rəqəmsal audit modelinə transformasiya istiqamətində fəaliyyət göstərir. Bu istiqamətdə auditin bütün fazalarını əhatə edən Audit İdarəetmə İnformasiya Sistemi tətbiq edilib və audit həyat dövrünün avtomatlaşdırılması reallaşdırılıb", - M. Usman bildirib.
Oxşar xəbərlər
Hesablama Palatası rəqəmsal dövlət auditinin inkişafı istiqamətində planlarını açıqlayıb
IsDB: Beynəlxalq audit platforması süni intellekt texnologiyaları əsasında hazırlanıb
Nəsir Sadıqov: "Süni intellekt və bulud texnologiyaları dövlət auditində yeni imkanlar yaradır"
Hesablama Palatası auditdə süni intellektin tətbiqinə hazırlaşır
Ali audit sahəsində rəqəmsal Dayanıqlı İnkişaf Məqsədləri paneli hazırlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
"Hizbullah" lideri: Xamenei və Pezeşkiana təşəkkür edirik
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
