"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
sizinxeber.az xəbər saytı

"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində yeni yaradılmış "Azərbaycan İstehlakçılar Şurası" İctimai Birliyinin rəhbər heyəti ilə görüş keçirilib.

"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.

Məlmata görə, görüşdə qurumun sədrinin I müavini Cəfər Babayev istehlakçı hüquqlarının müdafiəsi sahəsində ictimai iştirakçılığın və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, "Azərbaycan İstehlakçılar Şurası"nın təsis edilərək fəaliyyətə başlaması istehlakçı hüquqlarının qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinə əlavə ictimai dəstək formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bundan əlavə, Agentliyin öz fəaliyyətində dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları və digər vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb. Bildirilib ki, bu əməkdaşlıq istehlakçı hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə və ictimai nəzarətin gücləndirilməsinə töhfə verir.

Görüş qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və istehlakçıların hüquqlarının daha effektiv müdafiəsi istiqamətində birgə fəaliyyətə dair məsələlərinin müzakirəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Azərbaycan istehlakçı hüquqları üzrə Mentorluq Proqramına qoşulub
Dövlət Xidmətində 7 ayda 4 500-dən çox istehlakçının müraciətinə baxılıb
Dənizkənarı Milli Parkın ərazisindəkı sahibkarlara istehlakçı hüquqları izah olunub
Dövlət Agentliyi: Təbii inhisar subyektləri ilə bağlı təmin olunmuş müraciətlərin sayı 4 dəfə artıb
Dövlət Xidməti: İstehlakçı hüquqları ilə bağlı inzibati xətaların sayı 42 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər