Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
sizinxeber.az xəbər saytı

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb


İyunun 8-də Mindanao adasında (Filippin) baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "GMA news" Təbii Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli Şuranın (NDRRMC) hesabatına istinadən məlumat yayıb.

Bundan başqa, 1,4 milyondan çox insan və ya 346 mindən çox ailə zərər çəkib.

Zəlzələ nəticəsində 74 657 ev zədələnib, o cümlədən 13 681 ev tamamilə, 60 976 ev isə qismən dağılıb. Həmçinin 770-dən çox infrastruktur obyekti zədələnib, dəymiş ziyan 148 milyon Filippin pesosu (2,4 milyon dollardan çox) məbləğində qiymətləndirilir.

Seysmoloqlar zəlzələdən sonra 7 461 afterşok qeydə alıblar.

Oxşar xəbərlər

Filippində zəlzələ nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb - YENİLƏNİB
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb
Filippinin cənubunda zəlzələ qurbanlarının sayı 41 nəfərə çatıb – YENİLƏNİB
Filippində zəlzələ nəticəsində həlak olanların sayı 61 nəfərə çatıb
Filippində baş verən zəlzələdə ölənlərin sayı 37 nəfərə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər