Azərbaycanla OPEC Fondu arasında gələcək inkişaf perspektivləri müzakirə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycanla OPEC Fondu arasında gələcək inkişaf perspektivləri müzakirə olunub


İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, görüşdə Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər 2025–2030-cu illəri əhatə edən Ölkə Tərəfdaşlığı Çərçivəsinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətləri nəzərdən keçiriblər.

Su təchizatının yaxşılaşdırılması, sosial infrastrukturun inkişafı və ekoloji dayanıqlılığın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin, özəl sektorun dəstəklənməsi, investisiya imkanlarının təşviqi və regional bağlantı layihələrində iştirak imkanları nəzərdən keçirilib.

Oxşar xəbərlər

OPEC Beynəlxalq İnkişaf Fondu ilə birgə fəaliyyət imkanları müzakirə edilib
Azərbaycanla Oman arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Azərbaycan və OPEC Fondu birgə fəaliyyət imkanlarını müzakirə edib
Azərbaycan OPEC Beynəlxalq İnkişaf Fondu ilə enerji təhlükəsizliyini müzakirə edib
Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər